• Təqvim

  • Maraq



Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Qazaxdakı Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb və abidəsi önünüə gül-çiçək dəstələri qoyulub.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Ulu öndər demişdir ki, “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər bu sahəyə Ölkə Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürüdür. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır.

Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul yaradır.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Bildiyiniz kimi, 2004-cü ildən hazıradək rayonda 22 məktəb binası tikilib, 4 məktəbdə bərpa-gücləndirmə işləri aparılıb, 3 məktəbdə əlavə sinif otaqları tikilərək şagirdlərin istifadəsinə verilib.

2016-cı ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə tikilmiş 220 şagird yerlik müasir tipli məktəb binası istifadəyə verilib və hazırda Aşağı Əskipara tam orta məktəbi həmin binada fəaliyyətini davam etdirir. Bundan başqa, Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və Çaylı kənd 1 saylı tam orta məktəbində isə əsaslı təmir işləri aparılaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

Rayonun şəhər 1, 3 və 5 N-li tam orta, Xanlıqlar, Hüseynbəyli, Ağköynək kənd tam orta və Fərəhli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb. Hazırda şəhər 2 saylı və Kosalar kənd tam orta məktəblərində də əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulur.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Ötən dərs ilində məzunlarımızın buraxılış imtahanlarının və ali məktəblərə qəbulunun nəticələri ürəkaçan olub. Ali məktəbə daxil olan və 500-700 bal toplayan 58 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Sonra İcra Başçısı Rəcəb Babaşov Ölkə Prezidenti İlham Əliyev cənablarının 04 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə Müəllimlərin Peşə Bayramı Günü münasibətilə Ağköynək kənd tam orta məktəbin müəllimi Əmirxanova Sədaqət Əmirxan qızını “Əməkdar müəllim” fəxri adına layiq görülməsi və məktəb-liseyin direktor müavini Muradov Rəhim Murad oğlunu isə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və əmək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, BDU Qazax filialının direktoru Vüsət Əfəndiyev, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, təqaüdçü müəllim Rəfiqə Məmmədova, AYB Qazax zona filialının sədri Barat Vüsal, təqaüdçü müəllim Nüsrəddin Hacıyev, Ağköynək kənd tam orta məktəbin müəllimi Sədaqət Əmirxanova, Çaylı kənd tam orta məktəbin direktor müavini İlqar Hüseynalıyev və məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək ötən dərs ilində görülmüş işlər, qazanılmış nailiyyətlər və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıblar.

Tədbirin sonunda təlim–tərbiyə işlərində fərqlənən bir qrup müəllim və təhsil işçisi rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Elçin İSMAYIL


Facebook-da paylaş