Əsas Səhifə > Manşet / Sosial > Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı rayonun Ağköynək kəndində aparılan abadlıq işləri ilə yerində tanış olublar
Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı rayonun Ağköynək kəndində aparılan abadlıq işləri ilə yerində tanış olublarBu gün, 15:17 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, rayonun Ağköynək kəndində, eləcə də şəhərdə evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən quruculuq işləri uğurla icra olunur. Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev rayonun Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıblar. Rayon rəhbərliyi görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.
Geri qayıt |