Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində və şəhərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub
İcra başçısı Ağköynək kəndində və şəhərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olubBu gün, 17:17 |
|
Böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri bu il də uğurla davam etdirilir. Nəinki şəhərdə, eləcə də rayonun Ağköynək kəndində abadlıq işləri həyata keçirilir. Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin, eləcə də şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinə baxış
Şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işlərinə baxış
Geri qayıt |