• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir


Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş növbəti tədbir “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda "Azərbaycan Bayrağı" ordenli  şəhid Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəb ərazi partiya təşkilatında keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Q.Hacımahmudova adına şəhər ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva açaraq dahi şəxsiyyətə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək müasir, müstəqil Azərbaycanın  keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin misilsiz xidmətlərindən, şərəfli və mənalı həyatından, onun əsasını qoyduğu siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışıb. 

Tədbirdə Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin müəllimləri Flora Əmirova, Gülbəniz Bəxtiyarova, Mehriban Kərimova, Vətən müharibəsi şəhidi İlqar Hüseynovun anası Nurcahan Ağasultanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və Vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı söz açıblar. 

Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi–bədii kompozisiya ilə çıxış ediblər.



Facebook-da paylaş