Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP Qazax rayon təşkilatında tədbir keçirilib
Bu gün ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında tədbir keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatların rəhbərləri, partiya fəalları, KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ümummilli liderin təşkilatın inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarxın nümayişi ilə başlayan tədbirdə dahi şəxsiyyətin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında həyata keçirdiyi layihələrə, gördüyü işlərə, göstərdiyi misilsiz xidmətlərə bir daha nəzər salınıb.
Sonra ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” - fikrini xatırladaraq bildirib ki, bütün bunlara görə hələ öz sağlığında xalqın ümummilli lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyev ölkəmizin iqtisadi və siyasi xəttini müəyyənləşdirib, respublikamızın inkişaf etməsi üçün əlindən gələni əsirgəməyib. Bu gün ümummilli liderin müəyyən etdiyi proqram ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda dünya əhəmiyyətli layihələr həyata keçirilir və ölkəmiz regionda söz sahibinə çevrilib.
Bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Hər il ulu öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edərək ümummilli liderin həyat və fəaliyyətindən söz açıb. Qazax rayounnda ulu öndərin dəfələrlə olmasından, ulu öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışıb.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, YAP Qazax rayon təşkilatının Şura üzvü Səfurə Rəhimova, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Anar Nəbiyev, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının üzvü Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı Gənclər Birliyi “HGC GROUP” MMC ərazi ilk partiya təşkilatının sədri Zaur Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.

GOYƏZƏN.AZ
Facebook-da paylaş