Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub
Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Türkün ölməz dühası-Heydər Əliyev" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
“Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.
Facebook-da paylaş