Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb
Dekabrın 12-də ulu öndər, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 13-cü ildönümü tamam olur.
Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarında milyonlarla insanlar ümummilli liderin abidəsiniı ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.
Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır.
Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur.
Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.
Dünyanın tanınmış siyasətçiləri bu böyük insanın fəaliyyətini özləri üçün örnək qəbul etmişlər.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın, bu dahi şəxsiyyətin izi görünməsin.
Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə, dövlət idarəçiliyi akademiyasıdır.
Hazırda hamının Azərbaycanda intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illərin əvvəllərində Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi və mədəni inkişafının əsasını qoydu.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, milli təlim – “azərbaycançılıq” ideologiyasını yaratdı.
“Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” - deyən ümummilli liderimizin ən başlıca keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi.
Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir.
O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl, Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.
Çox illər keçəcək, Azərbaycan vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf hazırda Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam edir.
Bu siyasəti son 13 ildə ləyaqətlə davam etdirən Ölkə Prezidenti İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Ulu öndər, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı Qazax rayonunda da anım mərasimi keçirilib.
Səhər tezdən minlərlə rayon sakini Heydər Əliyev adına parka toplaşıb. İnsanlar ulu öndərə olan öz hörmət və ehtiramlarını bildirmək üçün bu müqəddəs məkana gəliblər.
Anım mərasimi Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əmək kollektivləri, ziyalılar, din xadimləri, əmək və müharibə veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini anım mərasiminə qatılıb.
Onlar ulu öndərin əzəmətli abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Anım mərasimi ehsan süfrəsi ilə başa çatıb.

GOYEZEN.AZ
Facebook-da paylaş