YAP Qazax rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub
Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, partiya fəalları və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən söz açıb. Qeyd edib ki, artıq o dəhşətli hadisədən iyirmi səkkiz il keçir. 20 Yanvar hadisəsi Azərbaycan xalqına, eləcə də insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Həmin qanlı hadisədə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı. Qeyd edib ki, Azərbaycan xalqı hər il yanvarın 19-u və 20-də ölkəmizin azadlığı, suverenliyi uğrunda dəyərli canlarından keçən oğul və qızlarını böyük qürur hissi ilə xatırlayır, dərin hüznlə anır və xatirəsini əziz tutur.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, o zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı. Ulu öndərin təşşəbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.
Sonra şura üzvlərindən rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, Təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədr müavini, rayon Statistika İdarəsində məsləhətçi Eltun Axundov, BDU Qazax filialının direktor müavini Məmməd Yusifov çıxış edərək bildiriblər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Elçin İSMAYIL
Facebook-da paylaş