• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir” başlıqlı tədbir keçirilib


Mayın 6-da Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlər sırasında Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə birgə təşkilatçılıqla “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, tələbələri, fəal gənclər və Mərkəzin əməkdaşları iştirak ediblər. 

İlk olaraq Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə çiçək dəstələri düzülüb. Mərkəzdə davam etdirilən tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Heydər Əliyevin ömrü tarixin gedişatına təsir göstərməklə insan ruhunun qüdrətinə, yenilməzliyinə, fövqəlbəşər varlığına ən parlaq nümunədir. Dahi insanın Azərbaycana rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti iqtisadi, sosial, mədəni tərəqqiyə, xalqın firavanlığına, xoşbəxtliyinə, dünya birliyinə inteqrasiyasına nail olmaq uğrunda mübarizəyə həsr olundu. Dahi şəxsiyyətin rəhbərlik dövrü Azərbaycanın intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edib. Bu dahi insanın adı Azərbaycan xalqının simvoludur, əməlləri hünər rəmzidir.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, Ümummilli Liderin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Onun xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi Asya Alhüseynova çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin ən parlaq və nadir şəxsiyyətlərindən biri olan Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində müstəsna xidmətləri və rolu var. Heydər Əliyev böyük və mənalı ömrünün hər anını xalqının tərəqqisinə və rifahına sərf edib, onun dünya xalqları arasında şərəfli yer tutmasına, doğma Vətəni Azərbaycanın nüfuzunun yüksəlməsinə həsr edib. Ulu Öndər rəhbərliyinin bütün dövrlərində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmişdir. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Sosiologiya müəllimi Türkan Hüseynova çıxış edərək vurğulayıb ki, Ulu Öndərin Vətənimiz və xalqımız üçün gördüyü işlərin nəticəsini, xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir. Məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib və inkişaf edib, xalqın tarixi yaddaşı özünə qaytarılıb, müəllifi Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Sosial iş fakültəsinin tələbələri Zümrüd Əliyeva və Mələk Nağıyeva Ulu Öndərin gənclərə hər zaman göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, dahi şəxsiyyət Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə, o cümlədən gənclər siyasəti sahəsində özünü lider kimi təsdiq etmiş, çoxşaxəli fəaliyyəti ilə gənclərin ən yaxın himayədarına çevrilmişdir. Bu gün ölkəmizdə gənclər siyasəti olduqca yeni mərhələdədir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici dövlətlərdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər bu istiqamətdə görülən ən böyük uğurlardandır. 



Facebook-da paylaş