• Təqvim

  • Unutma

  • Maraq

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Qazax rayonunda böyük ehtiramla yad edilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Qazax rayonunda böyük ehtiramla yad edilib
10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür. Artıq 15-ci ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Azərbaycanın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş şəkildə qeyd edilib. Bu əlamətdar gün – Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış, əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun bütün idarə və müəssisələrində, əmək kollektivlərində, bütün təhsil müəssisələrində silsilə tədbirlər keçirilib, xatirəsinə həsr olunmuş idman yarışları və sərgilər təşkil olunub.

Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad edib, filmlərə baxıb, kitab sərgisi ilə tanış olublar. Tədbirlərdə dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanıb, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyəti, titanik həyat yolu, Vətən və xalq qarşısındakı xidmətləri geniş təbliğ edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün ulu öndərin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad edib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Qazax rayonunda böyük ehtiramla yad edilib
Tədbir iştirakçıları da ulu öndərin heykəli önünə gül dəstələri qoyaraq ümummilli liderə öz ehtiramlarını bildiriblər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbir iştirakçıları kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək sözlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.

Bildirilib ki, ulu öndər 3 dəfə - 1971, 1979 və 1998-ci illərdə Qazax rayonunda olmuş, əmək adamları ilə görüşmüş, müşavirələr keçirmişdir. Ümummilli lider Qazax rayonuna, onun zəhmətsevər insanlarına, yazıçı və şairlərinə, elm adamlarına yüksək dəyər vermiş, zaman-zaman onları qiymətləndirmişdir.

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.

Tədbirin sonunda Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Elçin İSMAYIL

Facebook-da paylaş