İcra başçısı vətəndaşı fərdi şəkildə qəbul edib
Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə vətəndaş amilinin dayanması hər bir sahədə öz əksini tapır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Mayın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon İcra Hakimiyyətinin rəsmi feysbuk səhifəsinə Qazaxda fəaliyyət göstərən Ət Kəsimi Məntəqəsindəki natəmizliklə bağlı müraciət etmiş vətəndaş İsmayılova Gülnar Kamandar qızını müraciəti ilə əlaqədar fərdi şəkildə qəbul edib.
Qida Təhlükəsizliyi Agentliyinin Tovuz-Qazax Regional bölməsinin rəisi Bürcü Cabbarov və icra aparatının məsul şəxləri ilə birlikdə vətəndaşın müraciəti dinlənilib, qeyd edilən məsələnin araşdırılması və qanunamüvafiq tədbir görülməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq verilib.
“Hər bir dövlət məmurunun vəzifə borcu müraciət formasından asılı olmayaraq vətəndaşları qəbul edib onları dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədi daşıdığını qeyd edib.
Vətəndaş G.İsmayılova müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Facebook-da paylaş