• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşların müraciətlərini dinləyib


Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə vətəndaş amilinin dayanması hər bir sahədə öz əksini tapır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

Aprelin 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin bir qrup müəllim və texniki işçisini qəbul edib, məktəblə bağlı onları narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

İcra başçısı həmçinin, Qazax şəhəri, rayonun Hüseynbəyli, İkinci Şıxlı, Cəfərli, Yuxarı Əskipara, Daş Salahlı kəndlərindən müraciət etmiş 7 nəfər vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. 



Facebook-da paylaş