• Təqvim

  • Maraq



Qazaxda şair Mustafa Rasimoğlunun 60 illik yubileyi qeyd olunub


Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax eli həm də tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb hər yana. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Mustafayev Mustafa Rasim oğlunun (Mustafa Rasimoğlu) 60 illik yubileyi qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Mustafa Rasimoğlunun sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar. Şairin yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, hazırda çalışdığı Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, tələbələri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, yubilyarın ailə üzvləri, yaxınları, doğmaları, veteran yoldaşları, KİV nümayəndələri iştirak ediblər.



Facebook-da paylaş