• Təqvim

  • Maraq



Vətən və xalq qarşısında misilsiz xidmətləri Ulu Öndər Heydər Əliyevi azərbaycanlıların qürur mənbəyinə çevirmişdir


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qazax rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin Ulu Öndərin xatirəsini ehtiramla yad etmək məqsədilə dahi şəxsiyyətin abidəsini və adını daşıyan Mərkəzi ziyarətləri davam edir.

Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin rolu və xidmətləri misilsizdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Ulu Öndər Heydər Əliyev qədim və zəngin dövlətçilik ənənələrimizi bərpa etməklə yenidən müstəqilliyinə qovuşmuş dövlətimizin möhkəm təməllər üzərində ardıcıl inkişafına nail oldu. 

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Su-kanal sahəsinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qazax Rayon şöbəsinin, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, YAP Qazax rayon təşkilatının, Kommunal Müəssisələri Kombinatının, Qazax-Tovuz Regional Məşğulluq İdarəsinin, Qazax Dövlət Dram Teatrının rəhbər və əməkdaşları, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin, Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin, Qazax rayon  Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin, Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktor, müəllim və şəgirdləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Daş Salahlı kənd 3 saylı Körpələr Evi-Uşaq bağçasının direktor, müəllim, uşaq və valideynləri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Mərkəzdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin bütün sahələrini özündə əks etdirən foto-stendlərlə, kitab sərgisi ilə tanış olub, mühazirələr dinləyib, mövzuya uyğun tarixi kadrlarla zəngin filmləri izləyiblər.



Facebook-da paylaş