• Təqvim

  • Maraq

Qazaxda 261 km uzunluğunda olan su kanal və arxları təmizlənir

Qazaxda 261 km uzunluğunda olan su kanal və arxları təmizlənir
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoru olan sahələrin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın daha da artırılması, əkin sahələrinin genişləndirilməsi və yeni torpaqların dövriyyəyə qatılması ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazax rayonunda uğurla həyata keçirilir.

Bu gün rayonda başqa sahələrlə yanaşı olaraq kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Əkin sahələri daha da genişləndirilir, məhsuldarliq yüksəldilir, yeni bitkilər əkilir. İndi Qazaxda mübaliğəsiz olaraq deyə bilərik ki, əkilməmiş bir qarış torpaq belə qalmayıb, əkin sahələri bir neçə dəfə artıb.

Kənd təsərrüfatının inkişafı, yüksək məhsuldarlığın əldə edilməsi ilk növbədə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasından çox asılıdır. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hələ ötən ildən məqsədyönlü işlər həyata keçirilir. Belə ki, keçən mövsümdə rayon ərazisində sudan itkisiz və səmərəli istifadə olunması məqsədilə 274 km uzunluğunda olan su kanalları və arxları təmir olunub, kol-kosdan və lildən təmizlənib. Nəticədə suyun ötürücülük gücü artırılıb, su itkisinin qarşısı mümkün olduğu qədər alınıb.
Qazaxda 261 km uzunluğunda olan su kanal və arxları təmizlənir
Rayon rəhbərliyinin müvafiq tapşırığına əsasən hal-hazırda su kanallarının və su arxlarının təmizlənməsi işlərinə başlanılıb. Bu məqsədlə rayonun bütün kəndlərində elliklə arxların lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə prosesinə kifayət qədər texnika cəlb edilib.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su kanallarında və su arxlarında görülən işlərlə tanış olmaq üçün rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində olub. Tədbirdə İcra Başçısı ilə birlikdə müxtəlif mətbuat orqanlarını təmsil edən jurnalistlər də iştirak edib.

Tanışlıq zamanı rayon rəhbərliyinə məlumat verilib ki, bu il ümumi uzunluğu 261 km olan kanal və arxların təmizlənməsi işləri aparılacaqdır. Bu məqsədlə bütün kəndlərdə artıq elliklə kanal və arxların təmizlənməsinə başlanılıb. Bildirilib ki, onun 55 km-i beton üzlüyə alınıb. Yerdə qalan 261 km-in 143 km-nin texnika, 63 km-nin isə əllə təmizlənməsi nəzərdə tutulub.

Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər texnika ayrılıb. Əl ilə görülən işləri isə kənd sakinləri könüllü olaraq özləri həyata keçirir, bu yolda qüvvə və bacarıqlarını əsirgəmirlər. Əvvəlcədən lazımi qədər texnika ayrılmasının, əhalinin bu işə könüllü və ürəklə yanaşmasının nəticəsidir ki, arx və kanallar sürətlə təmizlənir, yararlı hala salınır.

Tanışlıq zamanı bu ümumxalq işində iştirak edən bütün kənd sakinləri arxların təmizlənməsinin vacibliyini qeyd edərək bununla əlaqədar tapşırıq verdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

İşlərin gedişi belə deməyə əsas verir ki, arxların təmizlənməsi yaxın vaxtlarda başa çatdırılacaqdır.

Elçin İSMAYIL

Facebook-da paylaş