İş adamlarının kənd təsərrüfatına maraqları artıb
“Barxudarlı” kəndli-fermer təsərrüfatı bu sahədə məhsul bolluğu yaradılmasına
öz töhfəsini verməyə çalışır
Qazaxda bütün sahələrdə olduğu kimi iş adamlarına, hüquqi və fiziki şəxslərə fəaliyyət göstərmək üçün münbit şərait yaradılıb, çalışdıqları sahələrə öz töhfələrini vermək üçün onların qarşılarında geniş imkanlar açılıb. Bu da son nəticədə istər biznes, istərsə də kənd təsərrüfatı və digər sahələrin inkişaf etməsinə təkan verib. Bunun nəticəsidir ki, bu gün qazaxlı iş adamları doğulub boya-başa çatdıqları rayonda yeni-yeni müəssisələr, fermer təsərrüfatları yaradır, rayonda, eləcə də respublikamızda həm yeni iş yerlərinin, həm də məhsul bolluğu yaradılmasına çalışırlar.
“Barxudarlı” kəndli-fermer təsərrüfatı da rayonda yaradılan bu münbit şəraitdən yararlanaraq öz fəaliyyətini daha da genişləndirir. Təsərrüfatın direktoru Vahid Musayev GOYEZEN.AZ-ın müxbirinə bildirib ki, doğulub boya-başa çatdığım kənd erməni qəsbkarları tərəfindən işğal olunub. Yeni yaratdığım kəndli-fermer təsərrüfatına öz kəndimizin adını qoymuşam. Məqsədimiz məhsul istehsalının artırılmasına, əhalinin işlə təmin olunmasına öz töhfəmizi verməkdir. Buna nail olmaq üçün var qüvvəmizlə çalışır, Qazaxda iş adamları üçün yaradılmış münbit şəraitdən yararlanmağa səy göstəririk.
V.Musayev onu da bildirib ki, məqsədlərimizə çatmaq üçün kənd təsərrüfatına daha çox maraq göstəririk. Çünki bu sahədə həm təcrübəmiz var, həm də rayonda yeni-yeni əkin sahələri yaradılır. Ötən il 100 hektar sahədə taxıl əkmişik. Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl olunduğu üçün yaxşı çıxış almışıq. Əkin sahələri bol məhsuldan xəbər verir.
Əkinlə yanaşı meyvəçiliyin inkişaf etdirilməsinə də diqqət yetiririk. Bu məqsədlə 3 min ədəd fındıq ağacları əkmişik. Eyni zamanda 100 ədəd də Türkiyədən gətirilmiş qoz ağaclarını da əkərək bizim şəraitdə necə məhsul verməsini sınaqdan keçirmək istəyirik. Əgər bol məhsul əldə edə bilsək bu səhəni də genişləndirəcəyik. Bununla yanaşı 1000 ədəd digər meyvə ağaclarının əkinini də həyata keçirmişik.
Hal-hazırda isə çuğundur əkini ilə məşğuluq. 28 hektar sahədə çuğundur əkməyi nəzərdə tutmuşuq. Bu məqsədlə ayrılmış sahələr əvvəlcədən əkilib səpinə hazır vəziyyətə gətirilmişdir. İndi isə toxum səpininə başlamışıq. Bütün işləri aqrotexniki qaydada həyata keçiririk. Ümid edirik ki, gələcəkdə bizim üçün yeni olan bu sahədən də bol məhsul əldə edəcəyik.
Sonda V.Musayev onlara yaradılan şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
GOYEZEN.AZ saytı olaraq “Barxudarlı” kəndli-fermer təsərrüfatının kollektivinə uğurlar arzulayırıq.

Facebook-da paylaş