• Təqvim

  • Maraq



ADİİXİ Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin hesabat–seçki konfransı keçirilib


Mayın 1-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin 2017–2024-cü ilədək fəaliyyətinə dair hesabat–seçki konfransı keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri Vüsal Məmmədov, konfrans nümayəndələri iştirak ediblər. 

Konfransda ADİİXİ Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Əkbərov Yasin Mehdi oğlu 2017-2024-cü illəri əhatə edən hesabat məruzəsi ilə çıxış edərək ötən müddət ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. 

Sonra Təftiş komissiyasının sədri Raquf Xasməmmədovun qeyd edilən illəri əhatə edən hesabat məruzəsi dinlənilib. 

Daha sonra açıq səsvermə yolu ilə komitə üzvləri və təftiş komissiyasının üzvləri seçilib. Gündəliyə əsasən ADİİXİ Həmkarlar İttifaqı rayon Komitəsinin sədrinin seçilməsi səsə qoyulub. Yasin Əkbərov yenidən DİİXİ Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri seçilib. Eyni zamanda, Y.Əkbərov ADİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Qurultayına nümayəndə də seçilib.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonağı salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri Y.Əkbərovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.


ADİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri Vüsal Məmmədov öz növbəsində tədbir iştirakçılarını salamlayıb, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Y.Əkbərovu yenidən sədr seçilməsi münasibətilə təbrik edən natiq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Y.Əkbərov çıxış edərək ona göstərilən etimada görə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bundan sonra da fəaliyyəti dövründə ona olan etimadı əməli işləri ilə doğruldacağını qeyd edib. 




Facebook-da paylaş