Əsas Səhifə > Sosial > Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində işlər sürətlə davam etdirilir

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində işlər sürətlə davam etdirilir


15-12-2019, 11:56


Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinin inkişafı istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri də olduqca böyükdür. Məhz bu qayğı sayəsində istər paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət müəssisələrinin sayı ildən-ilə artmaqdadır.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi artıq bir aydan çoxdur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işlərinin aparılması dövlətimiz tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan diqqət və qayğının göstəricisidir.

Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsas işlərin xeyli hissəsi artıq arxada qalıb. Belə ki, binanın dam örtüyü vurulub, lazım olan hissələrdə aparılan hörgü, məktəb binasının xarici fasadında və otaqlarda vurulan suvaq işləri başa çatıb. Bundan başqa, yeni plastik qapı və pəncərələr qoyulub. Tavan və döşəmənin vurulması da yekunlaşıb. Hazırda məktəbin həyətində qazanxananın və sanitar qovşaqların tikintisi davam etdirilir. İstilik sisteminin çəkilməsi və bir sıra işlər həyata keçirilir.

Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.














 

GOYEZEN.AZ


Geri qayıt