• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Daş Salahlı və İkinci Şıxlı kəndlərində vətəndaşların müraciətləri ilə yerində tanış olub


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Mayın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və digər aidiyyəti şəxslərlə birlikdə rayonun Daş Salahlı və İkinci Şıxlı kəndlərində vətəndaşların müraciətləri ilə yerində tanış olub. Daş Salahlı kənd sakini Mustafayev İlqar Alyar oğlunun torpaq məsələsi, İkinci Şıxlı kənd sakinlərinin yeni çəkilən yol layihəsinin icrası ilə bağlı müraciətlərini dinləyən rayon rəhbərliyi araşdırılması və həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıq verib.

Vətəndaşlar onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daş Salahlı kəndi

İkinci Şıxlı kəndi



Facebook-da paylaş