• Təqvim

  • Maraq

Qazaxda icra başçısı vətəndaşın müraciətinə əsasən evində olub və onun qayğıları ilə maraqlanıb

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Sentyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Əliağa Şıxlinski küçəsi ev 5 ünvanında yaşayan, 1-ci qrup əlil Hacıyev İlham Şikayət oğlunun müraciətinə əsasən evində olması, imkansız ailə kimi onun qayğıları ilə maraqlanması, şəhər Bələdiyyəsi tərəfindən ərzaq yardımı verilməsi, ailənin daim nəzarətdə saxlanılması rayonda vətəndaş məmnunluğunun təmin olunması deməkdir.

Vətəndaş İ.Hacıyev, eləcə də onun yaxınları onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün onu da qeyd edək ki, İlham Hacıyevin ailəsinə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilib. 2019-cu ildə rayon rəhbəri onun yaşadığı evin təmiri ilə bağlı yerində baxış keçirib, evin mövcud vəziyyəti, ailənin yaşayış şəraiti ilə yaxından tanış olub. Rayon rəhbərliyinin dəstəyi əsasında vətəndaşın yaşadığı evin dam örtüyü tamamilə yenilənib, otaqlarda döşəmə dəyişdirilib, köhnə qapılar yenisi ilə əvəz olunub, pəncərələrin şüşələri yenilənib, həyətə çınqıl döşənib, giriş hissəyə, evin qarşısına beton tökülüb və digər təmir-bərpa işləri aparılıb.




Facebook-da paylaş


{sape_links}