Qazaxda vətəndaşların marşrutla bağlı müraciəti yerində araşdırıldı və müvafiq tapşırıq verildi
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Vətəndaşların şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması və digər məsələlərlə bağlı Qazax Rayon İcra Hakimiyyətinə ünvanladıqları çoxsaylı müraciətlərin yerində araşdırılması Qazaxda vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Sentyabrın 2-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tovuz Regional İdarəsinin rəisi Toğrul Vəliyevin, Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Fuad Əsgərovun, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Rəşad Baxışovun,“Qazax Avtovağzal” ASC-nin sədri Eyvaz Quliyevin, digər aidiyyəti şəxslərin iştirakı ilə sözügedən məsələ yerində araşdırılıb. Marşrut sürücüləri ilə keçirilən görüşdə şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması, marşrutların dayanacaqlarda saxlanılması, həmçinin, marşrutlarda təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edilib. Qeyd edilənlərə əməl edilmədiyi təqdirdə barələrində qanunamüvafiq qaydada ciddi tədbir görüləcəyi bir daha sürücülərin diqqətinə çatdırılıb. Həmçinin, 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar müəllim və şagirdlərin ictimai nəqliyyatdan istifadə etdiklərini nəzərə alaraq marşrut sürücülərinə müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.









Facebook-da paylaş














