• Təqvim

  • Maraq

Qazaxda icra başçısı cari ilin iyun ayında rayon ərazisinə yağan dolu nəticəsində evlərinə ziyan dəymiş Quşçu Ayrım kəndinin sakinləri ilə görüşüb

Cari ilin 20 iyun tarixində baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəydi. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri baş vermiş hadisə ilə bağlı dərhal sözügedən kəndlərdə olmuş, ziyan dəymiş evlərə, həyətlərə və sahələrə baxış keçirmişlər. İcra başçısı dəfələrlə dolu nəticəsində zərər dəymiş evlərdə olaraq mövcud vəziyyətlə şəxsən yerində tanış oldu. Sakinlərə dəymiş zərərin araşdırılması, aradan qaldırılması üçün aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini verdi.

İcra başçısı təbii fəlakət baş verən ilk gündən bu məsələni daim diqqət mərkəzində saxladı, sakinlərə qayğısını əsirgəmədi. Sakinlərlə səmimi söhbət edən icra başçısı baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırdığını bildirdi.

Sentyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iyunun 20-də rayon ərazisinə yağan güclü dolu nəticəsində evlərinə ziyan dəymiş Quşçu Ayrım kəndinin sakinləri ilə təkrar olaraq görüşüb, evlərə yerində baxış keçirərək hazırki mövcud vəziyyəti bir daha öyrənib.

Kənd sakinləri son günlər havaların yağıntılı keçməsi səbəbindən əziyyət çəkdiklərini, dolu vurmuş dam örtüklərindən evlərə yağış yağmaması üçün müxtəlif vasitələrdən selofan (plyonka) və çadırdan istifadə edərək dam örtüklərinin üstünü müvəqqəti bağladıqlarını bildiriblər. Sözügedən məsələnin qısa zamanda müsbət həllini tapmasını xahiş ediblər.

Sakinlərlə görüşən icra başçısı yaxın zamanda qeyd edilən məsələnin müsbət həll edilərək aradan qaldırılacağını bildirib, dam örtüklərinin yenilənməsi üçün onlara lazımi materialların veriləcəyini diqqətə çatdırıb.




Facebook-da paylaş


{sape_links}