Qazaxda icra başçısı Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərən gənclərlə görüşüb və onlara uğurlar arzulayıb
Hər il olduğu kimi, bu il də Qazax Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllü kimi fəaliyyət göstərmək istəyən gənclərə şərait yaradıb, onlar üçün geniş imkanlar açıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatında könüllü olaraq fəaliyyət göstərmək istəyən Bakı Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər (tədris ingilis dili, 603 bal) ixtisasının III kurs tələbəsi Omarova Çinarə Sübhan qızını 06.07.2026-cı il, Politologiya ixtisasının (528 bal) IV kurs tələbəsi Mahmudzadə Svetlana Cavanşir qızını 16.07.2026-cı il, Qarabağ Universitetinin Beynəlxalq münasibətlər ixtisasının (528 bal) III kurs tələbəsi Rzazadə Şəfa Nəsimi qızını 20.07.2026-cı il, Bakı Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasının (603 bal) III kurs tələbəsi İbrahimli Yasəmən Fuad qızını 29.07.2026-cı il tarixdə qəbul edib, gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların bu fəaliyyətə qoşulmaq istəyini yüksək qiymətləndirmişdi. Onlara könüllü olduqları dövrdə rayon və digər sahələr üzrə geniş məlumatlar əldə etmələrini, öyrəndikləri məlumatlardan gələcək fəaliyyətlərində səmərəli istifadə etmələrini tövsiyə etmişdi. Rayon rəhbəri bu gün artıq xeyli vaxtdır ki, icra aparatında könüllü kimi fəaliyyət göstərən gənclərlə görüşüb, onların təəssüratını öyrənib. Könüllülərlə səmimi söhbət edən icra başçısı ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq könüllülük fəaliyyətinin həmin qayğının davamı olduğunu qeyd edib. Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır. “İcra aparatında olan bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə etdiklərini vurğulayıb. Cəsarətli addımlarını və fəaliyyətə qoşulmaq istəklərini bir daha yüksək dəyərləndirən icra başçısı bu yolda onlara uğurlar arzulayıb. Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hər kəsə yaxşı məlumdur ki, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 





Facebook-da paylaş














