• Təqvim

  • Maraq

İcra başçısı Ağköynək kəndində Ağbulaq su anbarının vəziyyəti ilə yerində maraqlanıb

Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi istiqamətində təqdirəlayiq işlər görülür. Bunu son illər Qazaxda aparılan genişmiqyaslı abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Qazaxda aparılan abadlıq işləri ilə yanaşı, istər şəhərdə, istərsə də rayonun kəndlərində vətəndaşların sosial rifah halının və məişət şəraitinin yaxşılaşdırılması, içməli suya olan tələbatlarının təmin olunması sahəsində də bir sıra işlər həyata keçirilir. Ağköynək kəndində sakinlərin istifadə etdiyi Ağbulaq su anbarında, anbara gələn su xəttində görülmüş işlər bunun əyani sübutudur. Kənd sakinlərinin dəstəyi ilə kənd bələdiyyəsi tərəfindən tutumu 40 ton olan Ağbulaq su anbarına gələn 6000 metr köhnə su xəttinin yenilənməsi, metal borunun plastik borularla əvəzlənməsi nəticəsində sakinlərin içməli suya olan tələbatı yaxşılaşdırılıb.

Sentyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində Ağbulaq su anbarının vəziyyəti ilə yerində maraqlanıb. Həmçinin, rayon rəhbəri kənd ərazisində sözügedən su anbarından qidalanan bulaqlara da baxış keçirib, bulağa gələn suyun vəziyyəti ilə yerində tanış olub.

Su anbarı və bulaqla yerində tanış olan icra başçısına Ağbulaq su anbarına gələn köhnə su xəttinin 800 metr hissəsinin (mənbədən olan hissə) dəyişdirilməsinin nəzərdə tutulduğu bildirilib.




Facebook-da paylaş


{sape_links}