Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində Ağbulaq su anbarının vəziyyəti ilə yerində maraqlanıb
İcra başçısı Ağköynək kəndində Ağbulaq su anbarının vəziyyəti ilə yerində maraqlanıbBu gün, 12:25 |
|
Qazaxda aparılan abadlıq işləri ilə yanaşı, istər şəhərdə, istərsə də rayonun kəndlərində vətəndaşların sosial rifah halının və məişət şəraitinin yaxşılaşdırılması, içməli suya olan tələbatlarının təmin olunması sahəsində də bir sıra işlər həyata keçirilir. Ağköynək kəndində sakinlərin istifadə etdiyi Ağbulaq su anbarında, anbara gələn su xəttində görülmüş işlər bunun əyani sübutudur. Kənd sakinlərinin dəstəyi ilə kənd bələdiyyəsi tərəfindən tutumu 40 ton olan Ağbulaq su anbarına gələn 6000 metr köhnə su xəttinin yenilənməsi, metal borunun plastik borularla əvəzlənməsi nəticəsində sakinlərin içməli suya olan tələbatı yaxşılaşdırılıb. Sentyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində Ağbulaq su anbarının vəziyyəti ilə yerində maraqlanıb. Həmçinin, rayon rəhbəri kənd ərazisində sözügedən su anbarından qidalanan bulaqlara da baxış keçirib, bulağa gələn suyun vəziyyəti ilə yerində tanış olub. Su anbarı və bulaqla yerində tanış olan icra başçısına Ağbulaq su anbarına gələn köhnə su xəttinin 800 metr hissəsinin (mənbədən olan hissə) dəyişdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Geri qayıt |