• Təqvim

  • Maraq



Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Mənim təmiz dünyam” adlı təmizlik aksiyası keçirilib


Respublika Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 

Aprelin 24-də sözügedən Sərəncamın icrası ilə əlaqədar olaraq Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının ətrafında “Mənim təmiz dünyam” adlı təmizlik aksiyası keçirilib.   

Aksiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov, Qazax və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisələrinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax Uşaq-Gənclər İdman Məktəbinin könüllüləri də daxil olmaqla, ümumilikdə, 82 nəfər yeniyetmə və gənc iştirak edib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov çıxış edərək qeyd ediblər ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunması, su anbarının ətrafında təmizlik işlərinin aparılması, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Tədbir çərçivəsində su anbarının ətrafı plastik və digər məişət tullantılarından təmizlənib. 

Qeyd edək ki, su anbarı mənfur qonşumuz ermənilər tərəfindən mütəmadi olaraq çirkləndirilir.



Facebook-da paylaş