İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub
Bu
gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı mədəniyyət sahəsinin
inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Bunu ölkəmizdə xeyli sayda
yeni mədəniyyət müəssisələrinin inşa edilməsindən, neçə-neçə mədəniyyət
obyektlərinin əsaslı təmir olunmasından, müasir İncəsənət Mərkəzlərinin
istifadəyə verilməsindən də aydın şəkildə görmək olar. Ölkəmizdə mədəniyyətin
tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın xidmətləri də olduqca böyükdür. Məhz bu qayğı sayəsində istər paytaxtda,
istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində əsaslı təmir
olunan mədəniyyət müəssisələrinin sayı ildən-ilə artır. Respublikamızın
bütün bölgələrində olduğu kimi, Qazaxda da mədəniyyət sahəsi daim diqqət
mərkəzində saxlanılır. İstər ölkə başçısı, istərsə də rayon rəhbərliyi bu
sahəyə diqqət və qayğı göstərir. Xəbər
verdiyimiz kimi, bir aydan artıqdır ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər
1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılır.
Məktəbin yüksək səviyyədə təmir olunması dövlətimiz tərəfindən qazaxlılara,
ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə
məşğul olan gənclərimizə verilən böyük dəyərdir.
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbində görülən işlərlə tanış olub. İş icraçısı Hüseyn Hüseynov yenidənqurma işlərinin
sürətlə davam etdiyini bildirib. Yekunlaşan işlər barədə məlumat verən iş
icraçısı binanın dam örtüyünün vurulduğunu, lazım olan hissələrdə aparılan
hörgü və məktəb binasının xarici fasadında suvaq işlərinin tam başa çatdığını
qeyd edib. Binanın daxili otaqlarında isə suvaq vurulması işinin başa çatmaq
üzrə olduğunu söyləyib. Bundan başqa, binanın xarici hissəsinə yeni plastik
qapı və pəncərələrin qoyulduğunu vurğulayıb. İş icraçısı hazırda otaqlarda
tavana alçipan, döşəməyə isə laminat vurulması üçün alt hissənin hazırlıq və
istilik sisteminin çəkilməsi işlərinin həyata keçirildiyini qeyd edib. Görülən işlərlə yaxından tanış olan rayon
rəhbərliyi bütün işlərin keyfiyyətlə aparılmasını bildirib və tapşırıqlarını
verib.
Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli
Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada
fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin
ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır.
Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana
olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz
şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki
işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin
sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2
kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş