Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub

İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub


25-11-2019, 14:53
 

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı mədəniyyət sahəsinin inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Bunu ölkəmizdə xeyli sayda yeni mədəniyyət müəssisələrinin inşa edilməsindən, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunmasından, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsindən də aydın şəkildə görmək olar. Ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də olduqca böyükdür. Məhz bu qayğı sayəsində istər paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət müəssisələrinin sayı ildən-ilə artır.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da mədəniyyət sahəsi daim diqqət mərkəzində saxlanılır. İstər ölkə başçısı, istərsə də rayon rəhbərliyi bu sahəyə diqqət və qayğı göstərir.

Xəbər verdiyimiz kimi, bir aydan artıqdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılır. Məktəbin yüksək səviyyədə təmir olunması dövlətimiz tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə verilən böyük dəyərdir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub.

İş icraçısı Hüseyn Hüseynov yenidənqurma işlərinin sürətlə davam etdiyini bildirib. Yekunlaşan işlər barədə məlumat verən iş icraçısı binanın dam örtüyünün vurulduğunu, lazım olan hissələrdə aparılan hörgü və məktəb binasının xarici fasadında suvaq işlərinin tam başa çatdığını qeyd edib. Binanın daxili otaqlarında isə suvaq vurulması işinin başa çatmaq üzrə olduğunu söyləyib. Bundan başqa, binanın xarici hissəsinə yeni plastik qapı və pəncərələrin qoyulduğunu vurğulayıb. İş icraçısı hazırda otaqlarda tavana alçipan, döşəməyə isə laminat vurulması üçün alt hissənin hazırlıq və istilik sisteminin çəkilməsi işlərinin həyata keçirildiyini qeyd edib.

Görülən işlərlə yaxından tanış olan rayon rəhbərliyi bütün işlərin keyfiyyətlə aparılmasını bildirib və tapşırıqlarını verib.

 

Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.











 

GOYEZEN.AZ

 


Geri qayıt