• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində işlər sürətlə davam etdirilir


Son illər Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Son dövlər respublikamızda xeyli sayda yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi mədəniyyət sahəsinə göstərilən qayğının əyani göstəricisidir. Ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də olduqca böyük əhəmiyyət daşıyır. Bu qayğının göstəricisi olaraq istər paytaxt Bakıda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektlərinin sayı ildən-ilə artırılır.

Sevindirici haldır ki, respublikamızın hər yerində olduğu kimi, Qərbin qapısı sayılan, hər zaman ziyalıları, saz-söz adamları ilə tanınan Qazaxda da mədəniyyət sahəsi daim diqqət mərkəzində saxlanılır. İstər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işlərinin aparılması da dövlətin qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə verdiyi böyük dəyər, göstərdiyi diqqət və qayğıdır.

İş icraçısı Hüseyn Hüseynov xeyli vaxtdır ki, başlanılan yenidənqurma işlərinin sürətlə davam etdiyini bildirir. İşlərin 60 faizinin yerinə yetirildiyini bildirən iş icraçısı binanın dam örtüyünün vurulması işinin, eləcə də lazım olan hissələrdə aparılan hörgü işinin tam başa çatdığını qeyd edir. Binanın xarici fasadında suvaq işinin yekunlaşdığını, otaqlarda isə yaxın vaxtlarda başlanılacağını söyləyir. Bundan əlavə, otaqlarda beton döşəmənin tökülməsi üçün alt hissənin hazırlandığını bildirir.

Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.














GOYEZEN.AZ

 



Facebook-da paylaş