Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb
Son illər
ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti
İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, Heydər Əliyev Fondu və fondun prezidenti
Mehriban xanım tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
respublikamızın müxtəlif bölgələrində bərabər təhsil imkanlarının yaradılması və
birbaşa təhsilin səviyyəsinə təsir edən problemlərin həlli məqsədilə müasir
tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq
şagirdlərin istifadəsinə verilir. Sevindirici
hal isə odur ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət bu gün Qazax
rayonunda da uğurla davam etdirilir. Son illər rayonumuzda yeni məktəblərin
tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bir
daha onu sübut edir ki, təhsil sahəsinə olan qayğı bütün bölgələrimizi əhatə
edir. Ən son bu ilin fevral ayında 964 şagird yerlik Səməd Vurğun adına Qazax şəhər
2 nömrəli tam orta məktəbin yenidənqurma və əsaslı təmirdən sonra məktəblilərin
ixtiyarına verilməsi bu söylədiklərimizin bariz nümunəsidir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının
bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Qazaxda
həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı
təmirinə başlanılıb. Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin istismara
yararsız olması nəzərə alınaraq əsaslı təmir olunması Xalq yazıçısının 100
illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən daha bir qiymətdir.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev əsaslı təmirinə
başlanılan həmin məktəbdə olub, görülən işlərlə maraqlanıb. İş
icraçısı Əhməd Rəhimov artıq 1 həftədir ki, söküntü işlərinə başlanıldığını
bildirib. Görülməsi nəzərdə tutulan işlər haqda məlumat verən iş icraçısı bütün
işlərin layihə üzrə həyata keçiriləcəyini qeyd edib. Məktəb
direktoru Samir Hüseynov müəllim və şagird kollektivi adından ölkə başçısı
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya məktəbin əsaslı təmirinə görə minnətdarlığını
bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun
adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin,
istərsə də şagirdlərin böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyib. Məktəb
direktoru təmir müddətində şagirdlərin məktəbin yaxınlığında yerləşən digər
yardımçı binada təhsillərini davam etdirəcəklərini vurğulayıb. Hazırda həmin
binada da təmir işlərinə başlanıldığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş