İcra başçısı Aşağı Əskipara körpələr evi-uşaq bağçasında olub
Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycanda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri məhz uşaqlarla bağlı olan sahədir. Son illər Azərbaycanda uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının və Birinci vitse-prezidentin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğı, nəvaziş bunun əyani sübutudur. Bu qayğının əyani göstəricisi isə respublikamızın hər yerində yeni-yeni körpələr evlərinin inşa olunaraq istifadəyə verilməsidir.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Qazaxda uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı ildən-ilə artır. Rayonda olan 25 körpələr evi-uşaq bağçasından 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Ən son Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilməsi bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında olub. Körpələrə verilən ərzaqların keyfiyyəti, uşaqlara göstərilən diqqət və qayğı, balaca fidanların tibbi müayinə olunmaları ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbəri qəsəbədə yaşayan sakinləri narahat edən məsələləri də dinləyib və aidiyyəti üzrə baxılacağını bildirib.
Sakinlərlə səmimi söhbət edən icra başçısı daha sonra qəsəbədə yerləşən Aşağı Əskipara kənd tam orta məktəbində də olub. Son zənglə bağlı hazırlıq işləri ilə maraqlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş