• Təqvim

  • Unutma

  • Maraq

3 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür

Ölkə Başçısı İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı 12 fevral 2018-ci il tarixli sərəncamı respublikamızın hər yerində olduğu kimi Qazaxda da uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün məqsədyönlü işlər görülür. Bunu rayonda yeni bağça binalarının tikilməsindən və yaxud da əsaslı şəkildə təmir olunmasından, körpələr üçün hər cür şəraitin yaradılmasından, bağçaların müasir inventar və avadanlıqlarla təmin edilməsindən də aydın şəkildə görmək olur.

Son 2 ildə şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı kənd uşaq bağçasının əsaslı təmir olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Bu gün isə şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulan 3 saylı körpələr evi-uşaq bağçası Ölkə Başçısının imzaladığı sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsini bir daha göstərir. Son tamamlanma işləri aparılan və müasir standartlara cavab verən bağçada körpələrin rahat şəkildə tərbiyə almaları üçün demək olar ki, hər cür şərait yaradılır.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bu gün 3 saylı körpələr evi-uşaq bağçasında olub, son tamamlanma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda bağçada bütün əsas işlər tam başa çatıb. Artıq bir neçə gündür ki, otaqlarda rənglənmə işlərinə başlanılıb və bu iş də yekunlaşmaq üzrədir.

GOYEZEN.AZ

Facebook-da paylaş