Uşaqlara qayğı ölkə siyasətinin prioritet istiqamətlərindən biridir
Son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində mühüm işlər görülmüşdür.
Bu gün sevindirici haldır ki, Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı 12 fevral 2018-ci il tarixli sərəncamı Qazaxda da uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün məqsədyönlü işlər görülür. Bunu rayonda yeni bağça binalarının tikilməsindən və yaxud da əsaslı şəkildə təmir olunmasından, körpələr üçün hər cür şəraitin yaradılmasından, bağçaların müasir inventar və avadanlıqlarla təmin edilməsindən də aydın şəkildə görmək olar.
Son 2 ildə rayonda tikilən və yaxud da əsaslı şəkildə təmir olunan bağçaların sayının gündən-günə artması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı kənd uşaq bağçasının əsaslı təmir olunması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.
Rayonumuzda əsaslı şəkildə təmir olunan 3 saylı körpələr evi-uşaq bağçası da təmir olunan bağçalar sırasındadır. Əsaslı şəkildə yenidən qurulan bağça Ölkə Başçısının imzaladığı sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsini bir daha göstərir. Son tamamlanma işləri aparılan və müasir standartlara cavab verən bağçada körpələrin rahat şəkildə tərbiyə almaları üçün demək olar ki, hər cür şərait yaradılır.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova bu gün 3 saylı körpələr evi-uşaq bağçasında olub, son tamamlanma işləri ilə maraqlanıb.
Məlumat üçün bildirək ki, hazırda bağçada bütün əsas işlər tam başa çatıb. Yalnız otaqlarda rənglənmə işi qalıb ki, yaxın vaxtlarda bu iş də görüləcəkdir.

GOYEZEN.AZ
Facebook-da paylaş