• Təqvim

  • Unutma

  • Maraq



Yeni bağçada görülən işlər göz oxşayır

Yeni bağçada görülən işlər göz oxşayır
Genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda yeni bağça binalarının tikilməsinə və yaxud da əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Rayonumuzda əsaslı şəkildə təmir olunan 3 saylı körpələr evi-uşaq bağçası da təmir olunan bağçalar sırasındadır. Artıq 2 aydan çoxdur ki, əsaslı şəkildə yenidən qurulan bağçada son tamamlanma işləri aparılır.

Mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də 3 saylı körpələr evi-uşaq bağçasında olub.

İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, hazırda otaqlarda döşəməyə laminat vurulur ki, bu iş başa çatmaq üzrədir. Həyətdə həmişəyaşıl və dekorativ gül kolları əkilib. Bağçanın giriş hissəsində səliqə-sahman yaradılıb. Binanın xarici fasadında rənglənmə işi tam başa çatıb. Otaqlarda isə yaxın vaxtlarda bu iş görüləcəkdir.

İcra Başçısı bağçada görülən bütün işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.

Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
Yeni bağçada görülən işlər göz oxşayır
GOYEZEN.AZ


Facebook-da paylaş