• Təqvim

  • Unutma

  • Maraq



Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır

Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Bu gün abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur.

Artıq bu istiqamətdə ötən il xeyli yaddaqalan işlər görülmüşdür. Belə ki, şəhərdə 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmiş, Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası və Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və körpələrin istifadəsinə verilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən 2018-ci ilin sonuna kimi rayondakı bütün bağçalar əsaslı şəkildə təmir olunacaqdır. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması söylənilənlərə ən bariz nümunədir.

Bu gün 6 saylı körpələr evi-uşaq bağçasındakı mövcud şərait günün tələblərinə cavab vermir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mövcud vəziyyətlə yerində tanış olaraq bağçanın bütün otaqlarına baxıb. Tanışlıq zamanı məlum olub ki, bağça binasının əsaslı şəkildə təmirinə ehtiyac vardır. Ona görə də rayon rəhbərliyi tezliklə bağça binasında təmir-bərpa işlərinin başlanması barədə göstəriş verib. Qeyd edib ki, bağça yüksək səviyyədə təmir olunmalı və yenidən qurulmalıdır.

Yaxın günlərdə bağça binasının əsaslı şəkildə təmir olunmasına başlanılacaqdır.

Elçin İSMAYIL

Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası təmir olunacaqdır


Facebook-da paylaş