• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir


Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş növbəti tədbir Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatında keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova açaraq iştirakçıları salamlayıb, dahi şəxsiyyətin 101 illiyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin şərəfli və mənalı həyatından, onun misilsiz xidmətlərindən, əsası Dahi Rəhbərimiz tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı söz açıb. Rayon təşkilatının sədri Ulu Öndərin ilahi arzularının Möhtərəm Prezidentimizin rəhbərliyi altında günbəgün həyata keçdiyini də xüsusi vurğulayıb. 

Tədbirdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin müəllimi, partiya üzvü Akif İbrahimov, Qətibə Kazımova, Maya Pirməmmədova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və Vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən, şərəfli və mənalı həyat yolundan ətraflı danışıblar.

Tədbirin sonunda şagirdlər Ümummilli Liderə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi–bədii kompozisiya ilə çıxış ediblər.



Facebook-da paylaş