• Təqvim

  • Maraq



İcra başçısı Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə sakinlərlə görüşüb


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti möhtəşəm qələbələr qazanır. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində bu günlərdə xalqımız növbəti dəfə böyük sevinc və qürur hissi yaşadı. Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə məskunlaşan sakinlər də doğma yurdlarını onlara qaytaran Müzəffər Ali Baş Komandanla qürur duyurlar.

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə hər zaman qayğı göstərilib və bu, bu gün də belədir. Onları narahat edən məsələlərə hər zaman həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi icra edilir. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı rayonun Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə olması, burada yaşayan sakinlərlə görüş keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir.

   

Mayın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə olub, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və qəsəbədə yaşayan bir qrup məcburi köçkünlə görüşüb.  

İcra başçısı uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti sayəsində Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılması barədə razılıq əldə olunmasını dövlətimizn və onun rəhbərinin növbəti qələbəsi kimi qiymətləndirib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının bu gün də ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla yanaşdığını qeyd edib. 

Kənd sakinləri çıxış edərək hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına əmin olduqlarını söyləyiblər. 19 aprel tarixinin yaddaşlarına əbədi həkk olunduğunu qeyd edərək bu günü onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi qəsəbədə yerləşən tibb məntəqəsinə baş çəkib, burada yaradılan şəraitlə tanış olub. 



Facebook-da paylaş