• Təqvim

  • Unutma

  • Maraq

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Respublikamızın hər yerində olduğu kimi, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı da prezident seçkilərinin başa çatması ilə bağlı təntənəli bayram tədbiri keçirib.

Şəhərin giriş hissəsindən, at heykəlinin yanından başlayan bayram tədbirində partiyanın çoxsaylı fəalları, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, gənclər iştirak ediblər. Heydər Əliyev prospekti boyunca hərəkət edən minlərlə rayon sakini prezident seçkilərinin uğurla başa çatmasını və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini bayram edib.

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasının qarşısından keçərək Heydər Əliyev parkına gəliblər. Bayram şənliyi burada davam edib.

Seçki öncəsi YAP-ın təşkil etdiyi “İlhamla irəli” təşviqat kampaniyasının əzəmətli yekun tədbiri olan bayram şənliyində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev çıxış edərək iştirakçıları prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətlə təbrik ediblər. Qeyd olunub ki, bu qələbə İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bu günü də, gələcəyi də İlham Əliyevlə bağlıdır. Seçkilərdəki qələbə növbəti yeddi ildə Azərbaycanın inkişafı, 15 ildə başlanılmış işlərin davam etdirilməsi, nailiyyətlərin daha da artırılması deməkdir. Qazanılan bu qələbənin əsasında Azərbaycan xalqının İlham Əliyevə olan dərin etimadı, inamı dayanır. Xalq öz rəhbərinə inandı və ona səs verdi.

Tədbir incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.

Elçin İSMAYIL

Facebook-da paylaş