• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.


Aprelin 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayevlə birlikdə şəhərin Heydər Əliyev prospekti ev 144 ünvanında yaşayan Paşayeva Dilşad Məhəmməd qızının müraciəti ilə əlaqədar yerində baxış keçirib. Vətəndaşın ona məxsus torpaq sahəsinin qonşusu tərəfindən zəbt olunması barədə müraciətini dinləyən rayon rəhbərliyi araşdırılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsini tövsiyə edib.



Facebook-da paylaş