• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətləri ilə xalqımızın qəlbində özünə əbədi işıq yandırmışdır


Mayın 1-dən etibarən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qazax rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin Ulu Öndərin xatirəsini ehtiramla yad etmək məqsədilə dahi şəxsiyyətin abidəsini və adını daşıyan Mərkəzi ziyarətləri başlanıb. 

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində xalqda milli özünüdərk hissini gücləndirib, milli kimliyi, milli düşüncəsi barədə dolğun təsəvvür formalaşdırıb. Heydər Əliyevin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışına hesablanmışdır. Ulu Öndərin heç bir siyasi riskdən çəkinməyərək formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dövlətimizin gələcək inkişafının təməlini yaratmışdır. Bütün bu xidmətləri ilə xalqımızın qəlbində özünə əbədi işıq yandırmışdır. İllər keçsə də bu işıq daha gur, daha parlaq nur saçır, ölkəmizi, dövlətimizi və millətimizi daha gözəl sabahlara doğru aparır. 

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin, Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin, İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin, Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin müəllim və şagirdləri, Vüqar Süleymanov adına Qazax Peşə Liseyinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax Dövlət Rəsm Qalereyasının, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəhbər və əməkdaşları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, Mərkəzdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin bütün sahələrini özündə əks etdirən foto-stendlərlə, kitab sərgisi ilə tanış olub, mühazirələr dinləyib, mövzuya uyğun tarixi kadrlarla zəngin filmləri izləyiblər. 



Facebook-da paylaş