Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan – VƏTƏNdir!
1993-cü il 3 oktyabr tarixindən başlanan dövlətçilik
tariximizin, müstəqilliyimizin, dünya birliyinə inteqrasiyanın, cəmiyyətin
vahidliyinin, xalqın həmrəyliyinin, uğurlu neft strategiyasının, əsaslı sosial
islahatların hər birində Ulu Öndərin imzası, gərgin və yorulmaz fəaliyyəti
dayanır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr
dövlətçiliyimizin şanlı tarixi səhifəsidir. Fəaliyyətinin hər iki dövründə
Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf
etdirirdi. 1993-cü ildən sonra isə azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin
təməl prinsipinə çevirdi. Ömür
boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq
vahid ideologiya ətrafında birləşdirdi. Azərbaycan 50 milyon azərbaycanlının
tarixi Vətənidir və onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq
Azərbaycanın,
xalqımızın bu günü və gələcəyi haqqında düşünmək prinsipi ilə yaşamalıdırlar.
Ulu Öndər Heydər Əliyev məhz bu məqsəd üçün bütün dünyada yaşayan
azərbaycanlıları azərbaycançılıq ideologiyası, məfkurəsi ətrafında birləşməyə
çağırırdı. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların
təşkilatlanması prosesinin də əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndərin hakimiyyətə
qayıdışından sonra hər zaman xaricdə yaşayan azərbaycanlıların birliyi və
təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə
çevirdi, onların problem və qayğılarına diqqətlə yanaşır, təşkilatlanmaları
üçün tövsiyələrini verirdi, onların Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirirdi.
Azərbaycançılığın tərkib hissələrindən olan Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün əsası hələ 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Dünya
Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın
31-ni Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan etdi. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət,
milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm
etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla
qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində,
erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında
qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində
qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın
qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın
tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Ümummilli Lider Heydər
Əliyev demişdir ki, "Dünya AzərbaycanlılarınınHəmrəyliyiGününün
dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin
məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə
malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks
etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə
səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir,
fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan
yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya
azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan
dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri
dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
2001-ci il noyabrın 9-10-da Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının
I Qurultayının
keçirilməsi azərbaycançılıq ideologiyasının möhkəmlənməsində, eləcə də diaspor
hərakatının inkişafında yeni mərhələ oldu. Heydər Əliyev 2001-ci ilin noyabrında Bakıda Dünya
Azərbaycanlılarının I Qurultayında demişdir: "Biz istəyirik ki, müxtəlif
ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi istədikləri
kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini
itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı
birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli
mənsubiyyətini, milli-mənəvi
dəyərlərini qoruyub saxlamaq, eyni
zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan
üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
yaşatmalıyıq”. Bu gün bu siyasət Ulu Öndər siyasətinin layiqli davamçısı İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən
Prezident İlham Əliyevin effektiv siyasətinin nəticəsində dövlət başçısının "Dünya
azərbaycanlılarının II Qurultayının
keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq,
həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan
azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş,
ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində
əhəmiyyətli rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə
dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi
dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan
azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət
dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci
6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində
Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin
təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan
Respublikasının medalı təsis edildi. Bu gün də Dünya azərbaycanlılarının
institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf
prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə
Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin
toplantıda "Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və
mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor
potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil
Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir
daha təsdiqlədi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və
həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada
təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. Müqəddəs Vətən
müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan
dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri
Qələbəmizə layiqli töhfə olmuşdur. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş