Vətəndaş məktubundan: “Cənab Prezident, Azərbaycanın tarixi yurdu olan dörd kəndin Azərbaycana qaytarılması xəbəri Aşağı Əskipara kəndinin övladı kimi məni ürəkdən sevindirdi”
Məmməd Məmmədovdan,
Çox hörmətli cənab Prezident.
Azərbaycanın qədim və tarixi yurdu olan dörd kəndin Azərbaycan Respublikasına qaytarılması xəbəri, Aşağı Əskipara kəndinin övladı kimi məni, ailəmi, həmçinin kənd camaatını ürəkdən sevindirdi. Bizə bu sevinci, eyni zamanda Şuşanın, Ağdamın, Xocalının, Xankəndinin və digər ərazilərimizin erməni işğalından azadolunma günlərinin sevincini Uca Allahın yardımı ilə Siz yaşatdınız.
Buna görə şəxsən özümün – qocaman yazıçının, ailəmin, kənd sakinlərinin adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, şanlı qələbələr və dövlətimizin daha da inkişafı naminə daha böyük nailiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Məmməd Məmmədov (Məmməd Əfşan)
Azərbaycan Respublikası, Qazax rayonu.
20 aprel 2024-cü il
Facebook-da paylaş