• Təqvim

  • Maraq



Qazaxda səyyar görüş zamanı qaldırılan məsələ müsbət həll edilib


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir ki, bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın, vətəndaşların arasında olmalarında, onların müraciətlərini, istəklərini dinləmələrində aydın şəkildə öz əksini tapır. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur.

Ötən həftə Birinci Şıxlı kəndində keçirilən səyyar görüş zamanı kənd sakini Əliyeva Bəsti Mədəd qızının yaşadığı evə gedən yolun xırlanması və istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə müraciətinin müsbət həllini tapması, sözügedən ərazinin xırlanması, yolun düzəldilməsi dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq.


Aprelin 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəisi Şahlar Əsədovla birlikdə Birinci Şıxlı kəndində olub, sözügedən məsələlərin həlli istiqamətində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. 

Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, yola xır tökülərək qreyderlə hamarlanıb. Bundan əlavə, vətəndaşın istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borcu araşdırılıb və ona müvafiq izahat verilib. 

İcra başçısı hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etdiyini, bütün sahələrdə vətəndaş məmnunluğunun əsas götürüldüyünü və keçirilən səyyar görüşlərin bu məqsədə xidmət etdiyini söyləyib. 

Vətəndaş B.Əliyeva onlara göstərilən qayğıya, eləcə də müraciətinə operativ şəkildə baxılmasına və həlli istiqamətində görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Əziyyəti keçən insanlara razılığını ifadə edib. 

GOYEZEN.AZ 



Facebook-da paylaş