Vətəndaş məktubundan: “Cənab Prezident, biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanın xoş gələcəyi naminə daim qələbələr əldə edəcəyik”
Orxan Əliyevdən, Cənab Prezident, Müzəffər Ali Baş
Komandan. Sizin Azərbaycan xalqının sağlam və
təhlükəsiz gələcəyi, torpaqlarımızın bütövlüyü naminə zaman-zaman həyata
keçirdiyiniz məqsədyönlü, düşünülmüş siyasətiniz bəhrəsini verir. 44 günlük
haqq savaşı min illər yaşı olan Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
Vətənini, millətini sevən qürurlu dövlət başçısı kimi üçrəngli bayrağımız
altında yaşayan dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsin
qəlbində dövlətimizə və onun gələcəyinə olan inam işığını əbədiləşdirdiniz.
Azərbaycan Respublikasının vətəndaşlarının təhlükəsizliyinin dövlətimizin
qarşısında duran ən vacib məsələlərdən birincisi olduğunu sübut etdiniz.
Müharibədə qalib gəlmək üçün birlik lazımdır. Ölkəmizin hər yerində olduğu
kimi, 168 kilometr mənfur düşmənlə həmsərhəd olan Qazax rayonunun sakinləri də
qələbəmizdə vacib rol oynayan hakimiyyətin, ordunun və
xalqın həmrəyliyinin nəyə qadir olduğunu gördü. Həm döyüş tapşırığını yetirən
hərbçilərin yanında olan vətəndaşları, həm də ki, hər zaman orduya mənəvi
cəhətdən dəstək olan, yardım etmək üçün bütün imkanlarını səfərbər edən
məmurları gördük. Bu bizim gücümüzə güc qatdı. Biz inanırıq
ki, Sizin rəhbərliyinizlə dövlətimizin siyasətinin əsasını təşkil edən uğurlu
kadr siyasəti və xalqımızın birliyi nəticəsində gündən-günə inkişaf edən
Azərbaycanın xoş gələcəyi naminə daim qələbələr əldə edəcəyik. Allah
şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır! Hörmətlə, Orxan Əliyev, Azərbaycan
Respublikası, Qazax rayonu. 5 fevral 2021-ci il
Facebook-da paylaş