Vətəndaş məktubundan: “Cənab Prezident, mənəvi paytaxtımız Şuşa şəhərini azad etməklə, gözəl Qarabağı əsarətdən qurtarmaqla Siz özünüzə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl qoydunuz”
Sahilə
Orucovadan, Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan! Sizin
komandanlığınızla xalqımızın Vətən müharibəsində qalib gəlməsi, 30 ilə yaxın
müddət ərzində yağı düşmənin tapdağı altında qalmış müqəddəs torpaqlarımızın
azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş, Sizin tərəfinizdən ləyaqətlə davam etdirilən
müdrik və məqsədyönlü siyasət nəticəsində son 27 ildə etnik və dini
mənsubiyyətindən, yaşından və cinsindən asılı olmayaraq Azərbaycan xalqının hər
bir nümayəndəsi Vətənə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmuş,
nəticədə vətənpərvər bir nəsil yetişmişdir. Məhz bunun nəticəsində Azərbaycan
xalqı lazımi anda
ayağa qalxıb, dəmir bir yumruq kimi birləşərək mənfur düşmənin başını əzə
bildi. Azərbaycan xalqının hər bir nümayəndəsi üçün əziz və
müqəddəs olan mənəvi paytaxtımız Şuşa şəhərini azad etməklə, gözəl Qarabağı
əsarətdən qurtarmaqla Siz özünüzə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl
qoydunuz. Siz Azərbaycan xalqının milli qürurunu yenidən özünə qaytardınız, xalqımızın
iradəsini, dövlətimizin gücünü dünyaya bir daha sübut etdirdiniz. Azərbaycan xalqının çoxillik arzularını həyata
keçirdiyinizə və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinizə görə Sizə dərin
təşəkkürümü bildirirəm. Uca Allah Sizi, xalqımızı, Ordumuzu qorusun,
Azərbaycanı daim müzəffər etsin! Dərin hörmətlə, Orucova Sahilə Musa qızı, Çaylı kənd məscidinin dini icmasının
sədri. Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi. 19 yanvar 2021-ci il
Facebook-da paylaş