Vətəndaş məktubundan: “Cənab Prezident, hər bir kəs Sizinlə və müzəffər Ordumuzla fəxr edir”
Arif Hüseyinov və
başqalarından, Möhtərəm Prezident! Sizin uzaqgörən xarici və daxili siyasətinizin və
əzminizin sayəsində müzəffər ordumuz 30 il işğal altında olan torpaqlarımızı 44
gün ərzində işğaldan azad etdi. Dünyaya məğlubedilməzlik mifi yaratmış mənfur
qonşularımızı darmadağın etdi. Cənab Ali Baş Komandan, rəşadətli cəngavər ordumuzun
əlbəyaxa döyüşdə Şuşanı işğaldan azad etməsi bütün dünyaya Azərbaycan
ordusunun, xalqının kimliyini sübut etdi. Dünya hərb tarixində yeni bir səhifə
açdı. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan bayrağını
dalğalandırmanız Dövlət-Xalq-Ordu birliyinin bariz nümunəsi kimi bizi çox
sevindirdi və qürurlandırdı: "Bayraqları Bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!" Ulu Dədə Qorqud deyir: "Torpağı qorumursansa
becərməyə, becərmirsənsə qorumağa dəyməz". Sizin işğaldan azad olunmuş
torpaqlarımızın abadlaşması üçün imzaladığınız sərəncamlar ərazi bütövlüyü
təmin olunmuş dövlətimizin parlaq gələcəyindən xəbər verir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən və
Qazax rayonunda yaşayan hər bir kəs Sizinlə və müzəffər Ordumuzla fəxr edirik. Azərbaycanın işıqlı gələcəyi naminə Allah Sizi,
ailənizi müzəffər ordumuzu, xalqımızı qorusun. Hörmətlə, Hüseyinov Arif Sabir oğlu, Balayev
Xasay Rza oğlu, Alıyev Namiq
Famil oğlu, Şəmilov
Nəsih Paşa oğlu, Süleymanov
Sabəddin, Qurbanov
Teymur Fikrət oğlu. Azərbaycan
Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.
Facebook-da paylaş