Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Cənab Prezident, hər bir kəs Sizinlə və müzəffər Ordumuzla fəxr edir”

Vətəndaş məktubundan: “Cənab Prezident, hər bir kəs Sizinlə və müzəffər Ordumuzla fəxr edir”


12-12-2020, 18:44


Arif Hüseyinov və başqalarından, 

Möhtərəm Prezident!

Sizin uzaqgörən xarici və daxili siyasətinizin və əzminizin sayəsində müzəffər ordumuz 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Dünyaya məğlubedilməzlik mifi yaratmış mənfur qonşularımızı darmadağın etdi.

Cənab Ali Baş Komandan, rəşadətli cəngavər ordumuzun əlbəyaxa döyüşdə Şuşanı işğaldan azad etməsi bütün dünyaya Azərbaycan ordusunun, xalqının kimliyini sübut etdi. Dünya hərb tarixində yeni bir səhifə açdı. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan bayrağını dalğalandırmanız Dövlət-Xalq-Ordu birliyinin bariz nümunəsi kimi bizi çox sevindirdi və qürurlandırdı:

"Bayraqları Bayraq edən üstündəki qandır,

Torpaq uğrunda ölən varsa, Vətəndir!"

Ulu Dədə Qorqud deyir: "Torpağı qorumursansa becərməyə, becərmirsənsə qorumağa dəyməz". Sizin işğaldan azad olunmuş torpaqlarımızın abadlaşması üçün imzaladığınız sərəncamlar ərazi bütövlüyü təmin olunmuş dövlətimizin parlaq gələcəyindən xəbər verir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən və Qazax rayonunda yaşayan hər bir kəs Sizinlə və müzəffər Ordumuzla fəxr edirik.

Azərbaycanın işıqlı gələcəyi naminə Allah Sizi, ailənizi müzəffər ordumuzu, xalqımızı qorusun.

Hörmətlə,

Hüseyinov Arif Sabir oğlu,

Balayev Xasay Rza oğlu,

Alıyev Namiq Famil oğlu,

Şəmilov Nəsih Paşa oğlu,

Süleymanov Sabəddin,

Qurbanov Teymur Fikrət oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.


Geri qayıt