• Təqvim

  • Maraq



Prezidentə yazırlar: “Müzəffər Ali Baş Komandan, Siz bizim ümid yerimizsiniz”


Xasay Balayev və başqalarından, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Qeyd etmək istəyirik ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailləri İctimai Birliyi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır və güzəştli təbəqənin hüquqlarını müdafiə edir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, 30 ildən artıq işğal altında olan torpaqlarımız Sizin uzaqgörən xarici və daxili siyasətiniz, iradəniz və əzminiz sayəsində 44 gün ərzində işğaldan azad olundu.

Dünyaya özlərini məğlubedilməz kimi göstərən mənfur ermənilərin yaratdığı mif darmadağın oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi və dünyaya Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, xalq, Prezident və ordu birliyinin necə möhkəm olmasını sübut etdi.

Müzəffər Ali Baş Komandan, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bizim qəhrəman əsgərlərimiz bunu bir daha sübut etdi. Onlar öz canları və qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan xalqının milli ruhunu, qeyrətini geri qaytardılar.

Möhtərəm Prezident, biz Qazax rayonunda yaşayan imtiyazlı təbəqə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax filialının çoxsaylı üzvləri adından şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələri qarşısında baş əyirik. Yaralı əsgərlərimizin tez sağalaraq ailələrinin yanına qayıtmalarını arzulayırıq. Sizə və ailənizə Azərbaycanın işıqlı, parlaq gələcəyi naminə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun, Siz bizim ümid yerimizsiniz.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Balayev Xasay Rza oğlu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri

Məmmədov Azər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri

Aşurov Nüsrət

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax filialının sədri

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş