Prezidentə yazırlar: Fəxr edirik ki, tarixi Vətənimizin qüdrətli Ordusu və Azərbaycan xalqının dəstəklədiyi Prezidenti var
Əyyub Dünyamalıyevdən,
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını uğurla dəf etməsini, düşmənə güclü zərbələr endirərək qələbələr qazanmasını xalqımız böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır.
Qazanılan qələbələrə görə sevinc və qürur hissləri keçiririk. İnanırıq ki, işğal olunmuş torpaqlarımız Sizin apardığınız daxili və xarici siyasət nəticəsində və müzəffər Ordumuzun gücü sayəsində tezliklə tam azad ediləcək.
Azərbaycan xalqı Sizə inanır və güvənir. Fəxr edirik ki, tarixi Vətənimizin qüdrətli Ordusu və Azərbaycan xalqının dəstəklədiyi Prezidenti var. Biz də Azərbaycan Respublikasının suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi üçün əlimizdən gələn hər bir köməyi göstərməyə hazırıq.
Biz birlikdə güclüyük!
Allah Sizi və müzəffər Ordumuzu qorusun! Haqq-ədalət zəfər çalsın!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qazax rayon Telekommunikasiya Qovşağının kollektivi adından
Əyyub Dünyamalıyev
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş