Vətəndaşlar Ali Baş Komandan İlham Əliyevi Azərbaycan Ordusunun qazandığı zəfərlər münasibətilə təbrik edirlər - YENİLƏNİB
Bu gün hər bir ölkə
vətəndaşı sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə Ermənistan
silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasını, bir sıra yaşayış
məntəqələrini azad etməsini, əldə etdiyi digər qələbələri böyük sevinc və ruh
yüksəkliyi ilə qarşılayırlar. Qazax sakinləri də onlara sevinc və qürur
hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevi qazanılan zəfərlər münasibətilə təbrik edirlər. Hər zaman Ali Baş
Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər.
Bunu ölkə başçısına ünvanladıqları məktublarda da ifadə edirlər. Prezidentin saytına ünvanlanmış
növbəti məktubu təqdim edirik. Zərifə
Ağayevadan, Hörmətli və əziz Prezidentimiz. Sizin apardığınız müdrik daxili və xarici siyasəti
daim bəyənmiş və dəstəkləmişik. Doğma Qarabağımızın, habelə işğal olunmuş digər
torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun
qazandığı zəfərlərə görə öz adımdan, ailəm adından və işlədiyim Qazax Suvarma
Sistemləri İdarəsinin
əməkdaşları adından Sizi təbrik edirəm. Bizə bu sevincli günləri yaşatdığınıza
görə Sizə dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, ölkəmizin ərazi bütövlüyü tezliklə tam
bərpa olunsun, Azərbaycanın haqq səsi daim duyulsun. Allah Sizi, xalqımızı və
ordumuzu qorusun. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Hörmətlə, Zərifə Ağayeva Azərbaycan Respublikası, Qazax rayonu. Lamiyyə Yusifovadan, Möhtərəm cənab Prezident. Bir zabit ailəsi olaraq ailəmiz adından və çalışdığım
Qazax rayonu Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizə dərin
minnətdarlığımızı bildirir, Sizin apardığınız daxili və xarici siyasəti ürəkdən
bəyənir və dəstəkləyirik. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı
diləyirəm. Apardığınız bu haqq işində Sizə tükənməz enerji arzu
edirəm. Arzu edirəm ki, ermənilər tərəfindən işğal olunmuş doğma Qarabağ torpaqlarında bundan
sonra daim üçrəngli Bayrağımız dalğalansın. Biz Sizə inanırıq və həmişə Sizin arxanızdayıq. Azərbaycan zəfər çalacaq. Xalqımıza gözəl sabahlar və işıqlı gələcək arzu edirəm. Allah əsgərlərimizi, zabitlərimizi və Milli Ordumuzu
qorusun! Hörmətlə, Lamiyyə Yusifova Azərbaycan Respublikası, Qazax şəhəri. Nüsrət Aşurovdan, Möhtərəm
Prezident, cənab Ali Baş Komandan. Bu gün biz
Qazax rayonunda yaşayan insanlar olaraq Azərbaycan Ordusunun cəbhə boyu
göstərdiyi qəhrəmanlıqları, Sizin göstərdiyiniz iradə və əzmi, siyasi meydanda
qələbənizi eşidib-görərək sevinc və qürur hissi keçirir, fərəhlənirik. Cənab Ali Baş Komandan, bu gün güclü və yenilməz
Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalması, onlara Azərbaycanın və
onun ordusunun nəyə qadir olduğunu göstərməsi biz keçmiş döyüşçüləri
qürurlandırır, Azərbaycanımızın işıqlı gələcəyinə inamımızı daha da
gücləndirir. "Torpaq uğrunda ölən varsa, Vətəndir" - deyib
babalarımız. Bu gün şəhidlərimizə xalqın və dövlətin göstərdiyi sevgi, diqqət
və qayğı Sizin uğurlu və uzaqgörən siyasətinizin nəticəsidir. Bölgələrdə, o cümlədən Qazax rayonunda imtiyazlı
təbəqəyə göstərilən diqqət və qayğı da Sizin uğurlu siyasətinizin bariz
nümunəsidir. Möhtərəm Prezident, Azərbaycanımızın müqəddəs
bayrağının Xankəndidə, Şuşada dalğalanacağı günə çox az qalıb. Azərbaycanımızın
işıqlı gələcəyi, bütövlüyü naminə Allah Sizi və ailənizi, Azərbaycan Ordusunu
və xalqını qorusun. Hörmətlə, Nüsrət Aşurov "Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin
Qazax filialının sədri Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş